Konfrans Liqası: "Zirə" mübarizəni dayandırıb

1 Avqust 2025 01:55 (UTC+04:00)

“Zirə” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb. SİA xəbər verir ki, Azərbaycan təmsilçisi II təsnifat mərhələsinin cavab oyununda Xorvatiyada "Hayduk"un qonağı olub. Split şəhərindəki “Polyud” stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bakıdakı ilk qarşılaşmada da eyni hesab qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. İlk əlavə vaxtda daha bir qol vuran meydan sahibləri növbəti mərhələyə vəsiqə qazanıblar.