Ağstafada sakini yol qəzasında həlak olub

1 Avqust 2025 02:03 (UTC+04:00)

Ağstafada piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. SİA-nın bölgə müxbirinin məlumatına görə, hərəkətdə olan avtomobil 2004-cü il təvəllüdlü Elvin Fazıyevi vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib. . Faktla bağlı araşdırma aparılır.