"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb

31 İyul 2025 17:04 (UTC+04:00)

"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağladığını açıqlayıb. Klubdan SİA-ya verilən məlumata görə, bölgə təmsilçisi Nikola Karaklayiçlə anlaşıb.

Onunla 2 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, N.Karaklayiç son olaraq ölkəsində "Novi Pazar" komandasında çıxış edib.