İsmayıllıda 26 yaşlı gənc çayda batıb

31 İyul 2025 16:40 (UTC+04:00)

İsmayıllıda 26 yaşlı şəxs çayda batıb. SİA xəbər verir ki, hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki 1999-cu il təvəllüdlü rayonun Qalacıq kənd sakini Qurbanov Faiq Qurban oğlu çayda çimmək istəyərkən qəfildən suda batıb.

Əraziyə FHN-nin əməkdaşları cəlb olunub, axtarışlar davam edir.