Zaqatalada avtomobil piyadanı vuraraq öldürüb

31 İyul 2025 16:21 (UTC+04:00)

Zaqatalada maşın piyadanı vuraraq öldürüb. SİA-nın məlumatına görə, hadisə Zaqatala-Muxax avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib. Məlumata görə, avtomobil 1966-cı il təvəllüdlü Muğanlı kənd sakini Südabə Mürsəliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Piyadanı vuran avtomobilin hadisə yerindən yayındığı bildirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.