Gələn ayın ilk ongünlüyündə hava yağmursuz olacaq

31 İyul 2025 16:16 (UTC+04:00)

Avqust ayının birinci ongünlüyündə ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi üstünlük təşkil edəcək.