Xocalıda yanğın başlayıb

31 İyul 2025 11:07 (UTC+04:00)

Xocalıda yanğın başlayıb. SİA-nın verdiyi xəbərə görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Yanğın baş verən əraziyə yanğınsöndürmə briqadası cəlb olunub.

Hazırda yanğının söndürülməsi və ətraf ərazilərə keçməsinin qarşısının alınması üçün tədbirlər görülür.