Xaçmazda kişi avtomobil idarə edən zaman ürəktutmasından ölüb

31 İyul 2025 10:21 (UTC+04:00)

​Xaçmazda avtomobil daş səkiyə çırpılıb. SİA xəbər verir ki, Yunusov Rövkət Qurban oğlu idarə etdiyi “QAZ 3302” markalı, 40-BH-723 dövlət qeydiyyat nişanlı yük avtomobil ilə Xaçmaz-Quba yolunun 1-ci kilometrində hərəkətdə olarkən ürəktutmasından vəfat edib.

O, sükan arxasında öldüyündən avtomobil daş səkiyə çırpılıb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.