MGH-də “Novartis” farma şirkəti ilə əməkdaşlıq görüşü keçirilib - FOTO

31 İyul 2025 10:19 (UTC+04:00)

30 iyul 2025-ci il tarixində ilə Mərkəzi Gömrük Hospitalında “Novartis” farma şirkətinin nümayəndələri ilə əməkdaşlıq görüşü keçirilib. SİA xəbər verir ki, görüşdə Azərbaycanın səhiyyə sahəsində beynəlxalq tərəfdaşlıq imkanlarının genişləndirilməsi, innovativ müalicə metodlarının tətbiqi, tibbi təhsil və təcrübə mübadiləsinə birgə layihələrin həyata keçirilməsi ilə bağlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general mayoru, Əməkdar həkim Ceyhun Məmmədov, rəis müavini, t.ü.f.d., dosent, İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi- Baş həkim Bəxtiyar Musayev, rəis müavinləri Nabil Seyidov, Nahidə Mahmudova, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., ürək-damar cərrahı Rəşad Mahmudov, Novartis Farma şirkətinin Qazaxıstan nümayəndəliyinin brend menecerləri Daulet Suleymenov, Vlada Emelyanova, Novartis Farma şirkətinin marketinq menecer Vəfa Əliyeva, Novartis Farma şirkətinin layihə meneceri Xumar Bağırova, şöbə rəisləri, həkim və rezidentlər iştirak ediblər.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, “Novartis” kimi beynəlxalq səviyyədə tanınmış və innovasiyalara əsaslanan farmasevtik şirkətlə əməkdaşlığın əhəmiyyətini vurğulayıb, bu əməkdaşlığın gələcəkdə genişlənəcəyinə və birgə layihələrin həm pasiyent məmnuniyyətinə, həm də ümumi səhiyyə sisteminin inkişafına töhfə verəcəyinə inamını ifadə edib. Ceyhun Məmmədov qeyd edib ki, Mərkəzi Gömrük Hospitalının tibbi potensialı, yüksək ixtisaslı mütəxəssis heyəti və qabaqcıl texniki imkanları bu cür beynəlxalq əməkdaşlıq layihələri üçün əlverişli zəmin yaradır.

Daha sonra Novartis Farma şirkətinin Qazaıstan nümayəndəliyinin brend menecerləri Daulet Suleymenov və çıxış edərək “Novartis” şirkətinin qlobal miqyasda innovativ tibb sahəsində əldə etdiyi uğurlar, müasir müalicə protokollarının hazırlanması, nadir və xroniki xəstəliklərin müalicəsində qabaqcıl yanaşmalar haqqında ətraflı məlumat verib. O, bu əməkdaşlığın təkcə müalicə sahəsində deyil, eyni zamanda klinik tədqiqatlar və tibbi təcrübə mübadiləsi kimi vacib istiqamətləri əhatə edəcəyini vurğulayıb.

Novartis Farma şirkətinin layihə meneceri Xumar Bağırova “Azərbaycanda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı ilə gömrük əməkdaşlarına lipid profilinin skrininqi üzrə layihə” mövzusunda təqdimatla çıxış edərək layihənin məqsədləri, əhatə dairəsi və gözlənilən nəticələri haqqında ətraflı məlumat verib.

Görüş zamanı Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi- Baş həkim Bəxtiyar Musayev, rəis müavini Nabil Seyidov, kardioloq Günay Hətəmova, damar cərrahı Səbuhi Dadaşov təqdim olunan layihə və gələcək əməkdaşlıq imkanları barədə rəy, təklif və qeydlərini bildirərək, gələcək planlar və perspektiv istiqamətlər üzrə fikir mübadiləsi aparıb və gələcəkdə birgə fəaliyyətin möhkəmləndirilməsi məqsədilə konkret addımların atılmasını müzakirə ediblər.

Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilarə Zamanova