Hesablama Palatası 2025-ci il iş planına və 24 aprel 2025-ci il tarixli Kollegiya iclasının qərarı ilə təsdiq edilmiş proqrama əsasən Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditini aparıb, qurumun 2024-cü il büdcəsinin icrasına rəy verib. SİA bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, auditor hesabatının hazırlanmasında “Hesablama Palatası haqqında” qanunun 22.13-cü maddəsinin, Hesablama Palatası Kollegiyasının 7 dekabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hesablama Palatası tərəfindən kənar dövlət maliyyə nəzarəti tədbirlərinə hazırlıq, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi Qaydaları”nın, Hesablama Palatasının Kollegiyasının 7 fevral 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş Maliyyə auditinə dair təlimatın və INTOSAI-ın peşəkar bəyanatlar çərçivəsinin (IFPP – INTOSAI Framework of Professional Pronouncements) tələbləri nəzərə alınıb və yaxud müvafiq istinadlar edilib.