AMB iki elektron pul təşkilatına icrası məcburi göstəriş verib

30 İyul 2025 15:11 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) “Greentek Group” və “A-Solutions" MMC-lər elektron pul təşkilatlarına icrası məcburi göstəriş verib. SİA bu barədə AMB-yə istinadfən xəbər verir.

Məlumata görə, həyata keçirilən cari nəzarət tədbirləri çərçivəsində hər iki şirkətin 1 iyun 2025-ci il tarixinə qədər valyuta əməliyyatları barədə vahid informasiya sisteminə (VƏVİS) inteqrasiya təmin olunmadan xarici valyuta üzrə köçürmə əməliyyatları aparması faktları aşkar edilib. Bu əsasla təşkilatlara VƏVİS-ə inteqrasiya təmin olunmadan xarici valyutada köçürmə əməliyyatlarının aparılmasının dərhal dayandırılması barədə göstəriş verilib.