"Səbail"in sabiq futbolçusu karyerasını Mərakeşdə davam etdirəcək

30 İyul 2025 11:32 (UTC+04:00)

"Səbail"in sabiq futbolçusu Süleyman Alluş karyerasını Mərakeşdə davam etdirəcək. SİA xəbər verir ki, 23 yaşlı niderlandlı futbolçu "MAS Fes"lə müqavilə imzalayıb.

Hücumçu ilə müqavilənin müddəti 2028-ci ilə qədərdir.

Qeyd edək ki, S.Alluş 2024-cü ildən "Səbail"in formasını geyinirdi.