Ötən gün aşkar edilən qanunsuz silah-sursatın sayı açıqlanıb

30 İyul 2025 10:51 (UTC+04:00)

İyulun 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında bir avtomat silahı, 3 tapança, 8 qumbara, 51 alışdırıcı, 18 tüfəng, 8 patron darağı və müxtəlif çaplı 956 ədəd patron aşkar edərək götürüblər. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat daxil olub.

Bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.