Ukraynanın təlim bölmələrindən biri vuruldu - 3 ölü, 18 yaralı

30 İyul 2025 06:07 (UTC+04:00)

Ötən gün Rusiya qüvvələri Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının təlim bölmələrindən birinin ərazisinə raket hücumu həyata keçirib. SİA xəbər verir ki, bu barədə Quru Qoşunlarından məlumat verilib. Bildirilib ki, hücum nəticəsində 3 əsgər ölüb, 18-i isə yaralanıb.