Almaniyalı futbolçu "Karvan"a keçib

29 İyul 2025 22:51 (UTC+04:00)

Yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Karvan" heyətinə yeni futbolçu cəlb edib.

SİA xəbər verir ki, Yevlax təmsilçisi almaniyalı müdafiəçi Moise Nqvisaninin keçidini rəsmiləşdirib. 27 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

O, karyerası ərzində Almaniyanın “Bohum”, “Aue”, “Ştutqart” və “Borussiya Münhenqladbax” klublarının heyətində çıxış edib.