“Tvin Peaks” filminin aktyoru çimərlikdə ölü tapılıb...

29 İyul 2025 18:44 (UTC+04:00)

“Tvin Peaks” və “Rembo 3” kimi kult layihələrdəki rolları ilə məşhur olan İsrail əsilli Hollivud aktyoru Alon Aboutbul 60 yaşında dünyasını dəyişib.

SİA xəbər verir ki, bu barədə Daily Mail yazır.

Qəzetin məlumatına görə, sənətçinin cəsədi İsrailin şimal çimərliklərindən birində tapılıb.

Hadisə yerinə gələn həkimlər onu xilas edə bilməyiblər. Abutbulun sudan çıxdıqdan dərhal sonra huşunu itirdiyi və yıxıldığı ehtimal edilir.

Dəfn mərasiminin tarixi və yeri hələ açıqlanmayıb.

...Alon Moni Aboutbul 28 may 1965-ci ildə İsrailin Kiryat Ata şəhərində Misir və Əlcəzair kökləri olan yəhudi ailəsində anadan olub. 1983-cü ildə Qivatayımda Thelma Yellin adına İncəsənət Məktəbini bitirib. Məktəbi bitirdikdən sonra İsrail kinosunda aktyorluq karyerasına başlayıb.

Tamaşaçılar onu Kristofer Nolanın “Qaranlıq cəngavər yüksəlir” blokbasterindəki fizik Leonid Pavel roluna, eləcə də “Rembo” franşizasının üçüncü hissəsində iştirakına görə xatırlayırlar.

Onun son işi 2025-ci ildə işıq üzü görüb.

2000-ci ildə Hayfa Beynəlxalq Film Festivalında "Onilliyin aktyoru" seçilib. O, həmçinin İsrailin “Ninanın faciələri” filmindəki roluna görə “Ən yaxşı ikinci plan aktyoru” nominasiyasında Ophir mükafatını qazanıb.

Nazlı Almuradova