Bakıda 7 yaşlı uşağı ilan sancıb, vəziyyəti ağırdır

29 İyul 2025 16:00 (UTC+04:00)

Dünən ilan sancması səbəbilə 2018-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Bu barədə SİA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, dərhal zəruri tibbi xidmətlər göstərilən azyaşlıya ilan zəhəri əleyhinə zərdab tətbiq olunub.

Hazırda azyaşlının müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.