Xaricdə Təhsil üzrə Dövlət Proqramı üzrə 130-dan çox məzun işlə təmin olunub

29 İyul 2025 12:41 (UTC+04:00)

Bu günə qədər Xaricdə Təhsil üzrə Dövlət Proqramı üzrə 130-dan çox məzun işlə təmin olunub. SİA xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ümumilikdə 351 şəxs Dövlət Proqramı üzrə məzun adını qazanıb.