"Turan Tovuz" Türkiyədə ikinci yoxlama oyununa çıxacaq

29 İyul 2025 12:19 (UTC+04:00)

"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununa çıxacaq. SİA xəbər verir ki, Tovuz təmsilçisi Türkiyənin I Liqa təmsilçisi "Keçiörengücü" ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Xatırladaq ki, Azərbaycan Premyer Liqası təmsilçisi Türkiyədəki ilk sınaq matçında yerli "Çorum" klubu ilə heç-heçə (1:1) oynamışdı.