Şəhid ailəsi üzvləri üçün Müəllimlərin İşə Qəbul imtahanı üzrə vakansiya seçiminin nəticələri açıqlanıb. Bu barədə SİA-ya İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 26-27 iyul tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəhid ailəsi üzvləri üçün vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifəsinə göndərilib. Qeyd edək ki, 32 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.