Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib, ölən var

29 İyul 2025 10:22 (UTC+04:00)

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib, ölən var. SİA-nın məlumatına görə, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

Belə ki, avtoqəza zamanı "Kia" markalı minik avtomobilində olan 1992-ci il təvəllüdlü Günel Bəylər qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.