Qaxda kişi restoranda pilləkəndən yıxılaraq ölüb

29 İyul 2025 09:10 (UTC+04:00)

Qaxda kişi restoranda pilləkəndən yıxılaraq ölüb. SİA xəbər verir ki, Orxan Qarayev Qax şəhərində yerləşən restoranlardan birində ehtiyatsızlıqdan pilləkənlərdən yıxılaraq xəsarət alıb. O. Qarayev xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.