"Qarabağ"dan ayrılan futbolçu "Sumqayıt"a keçib

28 İyul 2025 22:11 (UTC+04:00)

"Sumqayıt" klubu 2025/26 mövsümündə heyətini gücləndirmək üçün daha bir futbolçunun keçidini reallaşdırıb.

SİA xəbər verir ki, "kimyaçılar" ötən mövsümü "Zirə"də keçirmiş milli komandanın üzvü Rüstəm Əhmədzadə ilə 2+1 illik müqavilə imzalayıb. 24 yaşlı futbolçu "Sumqayıt"da 7 nömrəli formada çıxış edəcək.

Rüstəm müqavilə əsasında "Qarabağ"a məxsus olub.

Qeyd edək ki, "Sumqayıt" buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom və Rayan Senhadjini heyətinə qatıb.