Şəkidə yol qəzası olub, ölən və xəsarət alanlar var

28 İyul 2025 22:02 (UTC+04:00)

Şəkidə ağır yol-nəqliyyat hadisəsi olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda qeydə alınıb. Hadisədə “VAZ-2107” və “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”-ın sürücüsü, 63 yaşlı Səxavət Salamov hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsində olanlar isə xəsarət alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.