Rus qadın körpəsini 300 min rubla satmaq qərarına gəlib...

28 İyul 2025 19:25 (UTC+04:00)

Dağıstanda yeni doğulmuş uşağını satmağa cəhd edən qadına 3 il həbs cəzası verilib.

SİA xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (ICR) regional idarəsi məlumat verib.

Rusiyalı qadın Rusiya Federasiyası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin 2-ci hissəsinin “b, z” bəndləri (“Təqsirkarın köməksiz vəziyyətdə olduğu məlum olan şəxsə münasibətdə yetkinlik yaşına çatmayan şəxsin alqı-satqısı”) ilə təqsirli bilinib.

O, cəzasını birinci övladı 14 yaşına çatana qədər möhlətlə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Agentliyin məlumatına görə, yanvarın 1-də məhkum qadın doğum evindən çıxanda körpəni 300 min rubl alaraq Mahaçqala sakininə təhvil verib.

Bundan əvvəl İnquşetiya Respublikasının Maqas Rayon Məhkəməsi yeni doğulmuş qızını satdığına görə 23 yaşlı ananı ümumi rejimli cəzaçəkmə müəssisəsində üç il müddətinə azadlıqdan məhrum edib.

Nazlı Almuradova