“Haier” insanabənzər robot ev işçisini təqdim etdi…

28 İyul 2025 21:14 (UTC+04:00)

Çinin “Haier” şirkəti “məişət işlərinin erasının sonu” adlandırdığı HİVA adlı insanabənzər ev robotunu rəsmi olaraq təqdim edib.

SİA-nın məlumatına görə, yeni məhsul hələ inkişaf mərhələsindədir, lakin artıq elan edilmiş imkanları ilə heyran edir.

Robot 165 sm hündürlüyə, 70 kq çəkiyə və 44 dərəcə sərbəstliyə malikdir. O, həm döşəməyə, həm də 2 metr hündürlükdə olan əşyalara çata bilir.

HİVA təkərli bazadan istifadə edərək hərəkət edir və onun manipulyatorları ona məişət texnikası və evdəki əşyalarla qarşılıqlı əlaqə yaratmağa imkan verir.

“Haier” tərəfindən yayımlanan görüntülərdə HİVA-nın nəm tozsorandan istifadə etdiyi, yemək bişirməkdə, paltaryuyan maşınla işləməkdə, paltarları ütüləməkdə, qatlamaqda və düzməkdə kömək etdiyini göstərir.

Bununla belə, istehsalçı etiraf edir ki, bütün bu hərəkətlər hazırda mühəndislərin uzaqdan idarəetməsi altında həyata keçirilir. Bu, modeli real şəraitdə öyrətmək və məlumat toplamaq üçün lazımdır.

Layihə “Haier” və Xingdong Jiyuan arasında 2025-ci ilin martında bağlanmış strateji tərəfdaşlığın bir hissəsidir.

HİVA ilə yanaşı, ikiayaqlı ağıllı ev köməkçisi robotu “Xiao Xing” də AWE 2025-də nümayiş etdirildi.

Nazlı Almuradova