Çin ən sürətli insanabənzər robot yaradıb…

28 İyul 2025 22:26 (UTC+04:00)

…Çinli robototexnika tərtibatçıları unikal imkanlara malik yeni robot təqdim ediblər. Robot innovativ mexaniki qollarla təchiz edilib. O, tullanmağı və breyk rəqsini bacarır.

SİA-nın məlumatına görə, yeni nəsil insanabənzər robot Robotera L7 adlanır.

Tərtibatçılar vurğuladılar ki, çöldə qaçarkən bu robot saniyədə 34 metrə qədər sürətə çata bilir, həmçinin tullanır və breyk rəqsi də edə bilir.

Tərtibatçıların sözlərinə görə, robot müxtəlif tətbiq sahələrinə uyğunlaşan və ən incə manipulyasiyaları yerinə yetirməyə qadir olan innovativ mexaniki qollarla təchiz edilib: malların çeşidlənməsi və skan edilməsindən tutmuş elektrik alətləri ilə işləməyə qədər...

Nazlı Almuradova