Emma Brüsun səhhətinin pisləşməsi ilə bağlı şayiələri təkzib edir...

28 İyul 2025 22:34 (UTC+04:00)

...Bundan əvvəl internetdə frontotemporal demensiyadan əziyyət çəkən Brüs Uillisin vəziyyətinin kəskin pisləşməsi ilə bağlı məlumatlar yayılıb. Aktyorun yataq xəstəsi olduğu iddia edilir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Brüsün həyat yoldaşı Emma Heminq yayılan məlumatlardan danışıb. ...İnternetdə Brüs Uillis-in vəziyyətinin kəskin pisləşməsi ilə bağlı məlumatlar yayılıb. İddialara görə, əvvəllər frontotemporal demensiya diaqnozu qoyulan 70 yaşlı aktyor yataq xəstəsidir, müstəqil hərəkət edə və oxuya bilmir, yaxınlarını tanımır.

Aktyorun həyat yoldaşı Emma Heminq qorxulu şayiələri təkzib edib.

“Məğlubedilməz”ın həyat yoldaşının sözlərinə görə, məşhurun ailəsinə yaxın mənbələrə istinad edən yazılar oxumağa belə dəyməz.

...Bu kimi hekayələri dərc edən hər hansı nəşr daha yaxşı iş görməlidir. Anonim spekulyasiya platforması olmaq təkcə diqqətsizlik deyil, həm də zərərlidir, - deyə Emma bildirib.

Nazlı Almuradova