Bakıda mebel sexində yanğın olub

28 İyul 2025 16:03 (UTC+04:00)

Bakı şəhərinin Xətai rayonunda yanğın olub. SİA DİN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 70 m² olan birmərtəbəli mebel sexinin taxtadan ibarət tavanı 20 m² sahədə yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.