Naxçıvanda polis nəfəri vəfat edib

28 İyul 2025 15:41 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda polis əməkdaşı xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, 35 yaşlı polis nəfəri Nurlan Əlizadə göstərilən tibbi müdaxilələrə baxmayaraq, bir müddət sonra vəfat edib.

Faktla bağlı araşdırma aparılır.