Xankəndidə ehtiyatsızlıqdan yanğın törədən şəxs həbs edilib

28 İyul 2025 13:23 (UTC+04:00)

Xankəndi şəhərində yaşayış binalarından birinin yaxınlığında yanğın hadisəsi törədən şəxs həbs olunub. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırmalarla yanğının 1973-cü il təvəllüdlü Malik İsmayılovun yemək hazırlayarkən qaladığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Hadisə nəticəsində təxminən 40 kv.m sahədə yaşıllığa zərər vuran M.İsmayılov barəsində həbs qərarı verilib.