Bakı-Qazax yolunda körpüdə yük maşını aşıb

28 İyul 2025 11:19 (UTC+04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yerləşən körpünün üzərində qeydə alınıb. Hərəkətdə olan “KamAZ” markalı yük maşını idarəetmədən çıxaraq aşıb. Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.