Son dörd ayda Naxçıvanda 180 nəfəri ilan və əqrəb sancıb

28 İyul 2025 11:09 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının (MR) Səhiyyə Nazirliyi cari ilin aprel ayından bu günə qədər Naxçıvanda ilan sancması ilə bağlı qeydə alınan faktların statistikasını açıqlayıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, ilan sancması ilə əlaqədar ümumilikdə 43 nəfər səhiyyə müəssisələrinə müraciət edib.

Həmçinin qeyd olunan dövrdə əqrəb sancması diaqnozu ilə 137 nəfər, qara əqrəb sancması diaqnozu ilə 7 nəfər, günvurma diaqnozu ilə 6 nəfər xəstəxanalara müraciət edib.