"Sumqayıt"ın sabiq futbolçusu Qazaxıstan klubuna transfer olunub

28 İyul 2025 09:51 (UTC+04:00)

"Sumqayıt"ın sabiq futbolçusu Alan Dias Qazaxıstan klubuna transfer olunub. SİA xəbər verir ki, braziliyalı müdafiəçi "Ordabaşı" ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2024-cü ilin yayından "Sumqayıt"ın formasını geyinirdi.