Azərbaycan millisinin futbolçusu Türkiyə klubundan ayrılıb

28 İyul 2025 09:45 (UTC+04:00)

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyənin "Çorum" klubundan ayrılıb. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, C.Diniyev "Çorum"a bu ilin fevralında keçmişdi.