Husilər dünyanı hədələdilər

28 İyul 2025 02:59 (UTC+04:00)

Yəməndəki üsyançı "Ənsar Allah" hərəkatından olan husilər İsrail limanları ilə işləyən bütün şirkətlərin gəmilərinə zərbələr endirmək niyyətindədirlər. SİA xəbər verir ki, bu barədə üsyançılar tərəfindən formalaşdırılan silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria bildirib. "Yəmən silahlı qüvvələri [fələstinliləri] dəstəkləmək üçün hərbi əməliyyatlarını gücləndirmək və düşmənin dəniz blokadasının dördüncü mərhələsinin həyata keçirilməsinə başlamaq qərarına gəlib. Bu, milli mənsubiyyətindən və silahlı qüvvələrin çata biləcəyi hər hansı bir yerdə olmasından asılı olmayaraq, İsrail limanları ilə işləyən istənilən şirkətin bütün gəmilərinə zərbələr endirməyi nəzərdə tutur", - Saria bildirib.