Kiyev Rusiya, Çin, BƏƏ və İrandan olan yüzə yaxın şirkət və şəxslərə qarşı sanksiya tətbiq edib.
SİA-nın məlumatına görə, müvafiq fərman Ukrayna prezidenti Vladimir Zelenskinin saytında dərc edilib.
Sanksiyaların hədəfində olan şirkətlərin və xarici vətəndaşların Rusiya hərbi sənaye kompleksi ilə əlaqəsi olduğu bildirilir.
Fərman onlarla ticarət əməliyyatları, resurs tranziti və digər qarşılıqlı əlaqələri qadağan edir.
Zelenski izah edib ki, sanksiyaların tətbiqi Avropa İttifaqının (Aİ) 18-ci sanksiyalar paketi ilə sinxronlaşdırılıb.
...Biz sanksiyaların tərəfdaşlarımızın yurisdiksiyalarında sinxronizasiyasını təmin etmək üçün çalışırıq.
Daha əvvəl analitik Minqda Qiu demişdi ki, Avropa İttifaqı Moskva ilə münasibətlərinə görə Çinə qarşı sanksiyalar tətbiq etməli olacaq. Onun fikrincə, Pekin Aİ-nin iddialarına məhəl qoymur və Brüsselin bu məsələ ilə bağlı narahatlığını qəbul etmir.
Əli Babayev