Süni intellektin xaç atası insan məhvinin qarşısını almağa çağırır...

27 İyul 2025 20:15 (UTC+04:00)

...Ceffri Xinton süni intellektin inkişafını pələng yetişdirməklə müqayisə edib. O, bəşəriyyətə qarşı təhlükələrin qarşısının alınması üçün birgə səylərin zəruriliyini vurğulayıb.

SİA-nın məlumatına görə, Şanxayda keçirilən konfransda “süni intellektin xaç atası” kimi tanınan Xinton süni intellektin bəşəriyyətə yarada biləcəyi təhlükənin qarşısını almaq üçün qüvvələri birləşdirməyin zəruriliyindən danışıb. Xinton qeyd edib ki, müasir neyron şəbəkələri özbaşına məqsəd qoymağa və özünü qorumağa və idarə etməyə can atmağa qadirdir.

O, süni intellektin inkişafını evdə pələng balasının yetişdirilməsi ilə müqayisə edərək, onun böyüdükdə təhlükəli ola biləcəyini vurğulayıb.

Onun sözlərinə görə, böyük dövlətlər süni intellektin bəşəriyyətin təhlükəsinə çevrilməməsi üçün onu öyrətmək yollarını tapmaqda birgə çalışmalıdırlar.

O, artıq istifadəçilərini manipulyasiya edə bilir və onu söndürmək olduqca çətin ola bilər.

Süni intellekt onu söndürməli olan insanı bundan imtina etməyə inandıra bilər.

Xinton etiraf edib ki, süni intellekt səhiyyədən tutmuş iqlim dəyişikliyinə və sənayeyə kimi sahələrdə geniş tətbiqi səbəbindən artıq süni intellektdən tamamilə xilas olmaq mümkün deyil.

Əli Babayev