Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

27 İyul 2025 17:13 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti iyulun 28-nə gözlənilən tibbi-meteoroloji proqnozu açıqlayıb. SİA xəbər verir ki, Xidmətin açıqlamasına əsasən, Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və isti temperatur diskomfortu gözlənilir. Bu isə meteohəssas insanlar üçün əsasən əlverişsizdir.