Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

27 İyul 2025 16:50 (UTC+04:00)

Azərbaycan Respublikasının "Əməkdar məşqçisi", ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev 65 yaşında dünyasını dəyişib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyası məlumat yayıb.

Allah rəhmət eləsin!