Bakı Olimpiya Stadionunda keçiriləcək konsertlə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib - DİN

27 İyul 2025 13:53 (UTC+04:00)

Bakı Olimpiya Stadionunda keçiriləcək konsert proqramı ilə əlaqədar olaraq Heydər Əliyev prospekti və Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi istiqamətindən stadion istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.