Xəzər dənizində zəlzələ baş verib

27 İyul 2025 08:02 (UTC+04:00)

Qala stansiyasından 76 km şimal-şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata əsasən, yerli vaxtla saat 05:46-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,2 olub.

Zəlzələ ocağı Yerin 68 km dərinliyində yerləşib.