Məşhur moda evi 1 milyard dollara satılır

27 İyul 2025 01:40 (UTC+04:00)

Fransız "LVMH Moët Hennessy - Louis Vuitton" konqlomeratı "Marc Jacobs" moda evinin satışı ilə bağlı danışıqlar aparır. SİA bu barədə "Wall Street Journal" mənbələrinə istinadən bildirir. Potensial sövdələşmənin məbləği 1 milyard dollara çata bilər.

Nəşrin məlumatına görə, LVMH bir neçə potensial alıcı ilə satış şərtlərini müzakirə edir. Onların arasında "Reebok"un sahibi "Authentic Brands Group", həmçinin "Bluestar Alliance" ("Brookstone"un sahibi) və "WHP Global" ("Vera Wang" brendinin ana şirkəti) var.

Mənbələr qeyd edir ki, danışıqların uğurla başa çatması şərti ilə sövdələşmə yaxın zamanda bağlana bilər. LVMH ənənəvi olaraq perspektivli aktivlərin aktiv alıcısı kimi tanınsa da, şirkət strateji prioritetlərinə uyğun gəlməyən brendlərdən ayrılmağa hazır olduğunu nümayiş etdirir.