"Lion" yarımmüdafiəçisini Qətər klubuna satdı

27 İyul 2025 01:23 (UTC+04:00)

"Lion"un fransalı yarımmüdafiəçisi Jordan Vertue "Əl-Ərəbi"nin futbolçusu olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Qətər klubunun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı yarımmüdafiəçi ilə müqavilə 2 illik - 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Transfer məbləği açıqlanmır, lakin mətbuatda yayılan xəbərlərə görə, "Lion" futbolçu üçün 500 min avro alıb. Məbləğin azlığı, Vertunun müqaviləsinin 2026-cı ilin yayında başa çatması və "Lion"un maaş fondunu boşaldıb futbolçudan yaxa qurtarmaq istəməsi ilə bağlıdır.

Qeyd edək ki, Vertue ötən mövsüm bütün turnirlərdə 38 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

"Lion" maliyyə problemlərinə baxmayaraq, Liqa 1-dəki yerini qoruyub saxlaya bilib.