Azərbaycan basketbol millisi 1/4 finala vəsiqə qazanıb - YENİLƏNİB

26 İyul 2025 21:19 (UTC+04:00)

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Dünya Seriyasının Sumqayıt mərhələsində növbəti oyuna çıxıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, yığma sonuncu qrup görüşündə Slovakiya seçməsinə 21:8 hesabı ilə qalib gəlib və qrup lideri kimi 1/4 finala vəsiqə qazanıb. Qeyd edək ki, millimiz 1/4 finalda Çin yığması ilə üz-üzə gələcək. Oyun iyulun 27-si saat 16:00-da start götürəcək.

20:40

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Dünya Seriyasının Sumqayıt mərhələsində ilk qrup oyununa çıxıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, yığma Çexiya seçməsinə 20:12 hesabı ilə qalib gəlib. Qrupdakı növbəti rəqib Slovakiya millisi olacaq. Oyun Bakı vaxtı ilə saat 20:35-də başlayacaq.