Qazaxda iki avtomobil toqquşub, bir nəfər xəsarət alıb

26 İyul 2025 19:59 (UTC+04:00)

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayonun Ağköynək kəndi ərazisində qeydə alınıb. Belə ki, iki avtomobil toqquşub, qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.