Ev almışdılar, cəmi bir gün yaşadılar, ev yanıb kül oldu...

26 İyul 2025 19:44 (UTC+04:00)

İyulun 26-na keçən gecə Yekaterinburq yaxınlığındakı bağ evində baş verən yanğın 4 nəfərin həyatına son qoyub. Üstəlik, ailə bu evi bir gün əvvəl alıb.

SİA-nın məlumatına görə, bu barədə MK.RU (“MK”) yazır. Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelıx bildirib ki, ev yanğından bir neçə gün əvvəl, iyulun 19-da alınıb.

Ehtimal olunur ki, alqı-satqıdan əvvəl elektrik naqillərinin vəziyyəti yoxlanılmayıb və bu, yanğına səbəb ola bilərdi. İlkin məlumata görə, yanğın zamanı heç kim spirtli içki qəbul etməyib.

İnsanlar hamamdan sonra yatmağa gediblər. Yanğın nəticəsində ikimərtəbəli ev tamamilə yanıb. İstintaq Komitəsi ehtiyatsızlıqdan ölümə səbəb olması ilə bağlı cinayət işi açıb. Evdə tüstü siqnalı yox idi, bu, vəziyyəti daha da pisləşdirə bilərdi.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının sahəsi 48 kvadratmetr olub. İstintaq davam edir. Bundan əvvəl yanğınla bağlı “112” Telegram kanalı məlumat yayıb. Səhər saat üç radələrində başladı, lakin yanğın yalnız 40 dəqiqə sonra hiss olundu.

Nazlı Almuradova