“Neftçi”nin Yunanıstan klubu ilə yoxlama matçının vaxtı dəqiqləşib

26 İyul 2025 17:29 (UTC+04:00)

“Neftçi” klubunun Polşadakı təlim-məşq toplanışı çərçivəsində “Asteras”la (Yunanıstan) yoxlama matçının vaxtı dəqiqləşib. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşma iyulun 27-də Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Matç Keltse şəhərindəki Pilkarski stadionunda təşkil olunacaq. Tərəflərin istəyinə əsasən, oyun canlı yayımlanmayacaq.

Qeyd edək ki, İsrailin "Hapoel" (Təl-Əviv) (1:1) və Poşanın “Termalika" (2:2) komandaları ilə heç-heçə edən “Neftçi” sonuncu sınaq matçını avqustun 1-də AEL (Kipr) klubuna qarşı keçirəcək.