"Turan Tovuz" heyətini Tacikistan millisinin qapıçısı ilə gücləndirib

26 İyul 2025 16:45 (UTC+04:00)

"Turan Tovuz" heyətini Tacikistan millisinin qapıçısı ilə gücləndirib. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Oleq Baklovla 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, son olaraq “UFA”da çıxış etmiş 201 sm boya malik 30 yaşlı əlcək sahibi Rusiyada “Sızran-2003”, “Krılya Sovetov”, “Ural” və “KamAZ” klublarının da formasını geyinib.