İsmayıllıda avtomobil piyadanı vuraraq öldürüb

26 İyul 2025 12:16 (UTC+04:00)

İsmayıllı rayonunda avtomobil piyadanı vurub. SİA xəbər verir ki, Hüseynov Arif Dəmir oğlu idarə etdiyi “Vaz 2106” markalı avtomobillə rayonun Mollaisaqlı kəndi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Vahidova Göyçək Məhəmmədəli qızını vurub.

Nəticədə G.Vahidova aldığı xəsarətdən ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.